Rəhbərlik "BAŞAK GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ və onun törəmə müəssisələrinin ("Qrup") 31 dekabr 2024-cü il tarixinə maliyyə vəziyyətini, eləcə də həmin tarixə bitən il üzrə əməliyyatlarının konsolidə edilmiş nəticələrini, pul vəsaitlərinin hərəkətini və kapitaldakı dəyişiklikləri düzgün əks etdirən konsolidə edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) müvafiq olaraq hazırlanmasına görə məsuliyyət daşıyır.