Haqqımızda

Məsuliyyətimiz bizim əsas dəyərimizdir. Fəalliyyət istiqamətlərimiz nə qədər fərqlənsə də bizi birləşdirən ortaq dəyərdir.

Şirkət tarixçəsi

Şirkət tarixçəsi

Uzun illik təcrübəmiz, işimizdəki ustalıqdan xəbər verir.


Başak Group MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya və səmərəlilik, həm də ixtisaslı işçi qüvvəsi baxımından rəqiblərindən fərqlənir. Şirkətimiz özəl və fərdi layihələrdə bir neçə istiqamətlərdə fəaliyyət göstərir. Özkirəmit MMC ölkənin qabaqcıl kirəmit təchizatçılarından biridir. Bashak Supply MMC dövlət və özəl şirkətləri ehtiyyac duyulan geniş konseptdə məhsullar ilə təchiz edən yerli şirkətdir. Əsas prinsipi keyfiyyət və çeviklik olan Bashak Supply ehtiyacınız olduqda sizinlədir. Bashak Group MMC şirkətinin növbəti qolu isə tikinti sahəsində ixtisaslaşmışdır. Dövlət və özəl layihələrin tikintisi ilə məşğul olan Bashak Group dözümlülük, etibarlılıq və təhlükəsizliyi özünün əsas prinsipi hesab edir.

Missiyamız

Missiyamız

Müştərilərimizin, partnyorlarımızın, əməkdaşlarımızın və sahibkarlarımızın ortaq maraqlarını rəhbər tutaraq fəaliyyət göstərdiyimiz bazarlarda, ölkənin quruculuq işlərində yaxından iştirak etmək, insanların həyat standartlarının artımı üçün uyğun və əlavə dəyər yaradan məhsul və xidmətlər təklif etmək, davamlı inkişafa nail olmaq üçün korporativ bacarıqları daim təkmilləşdirməkdir.