Təhsil: Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə);
Kompüter bilikləri: MS Office proqramları, AutoCad;
İş təcrübəsi: Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı;
Punktual və ünsiyyətcil olması;
Analitik düşüncə bacarığı;
Ünsiyyət və komandada işləmək bacarıqları;
İşinə məsuliyyətli və dəqiq yanaşmalı ;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Tələb olduqda müxtəlif bölgələrə ezamiyyətə gedə bilməli.
Öhdəliklər
Vəzifə öhdəlikləri:
Təyin edilmiş layihədə, sahədə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, tikinti norma və qaydalarına,istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
Material sərfini hesablamağı bacarmaq;
Müvafiq hesabatlarla (Texniki, Material və Aktlar) işləməyi bacarmaq;
İş yerlərində işçiləri əməyin təhlükəsizliyi qaydalarına dair təlimatlandırmaq və Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
Layihələşdirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işləri yerinə yetirmək.
İş şəraiti
İş qrafiki:
Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
Nahar şirkət tərəfindən verilir,
Korporativ nömrə (korporativ paket),
Əməkhaqqı: 2000-2500 AZN + layihə üzrə bonus.
Haqqımızda
Məsuliyyətimiz bizim əsas dəyərimizdir. Fəalliyyət istiqamətlərimiz nə qədər fərqlənsə də bizi birləşdirən ortaq dəyərdir.